Azərbaycanda bir gündə baş verən 25 yol qəzasında 13 nəfər ölüb, 38 nəfər xəsarət alıb

Azərbaycanda bir gündə baş verən 25 yol qəzasında 13 nəfər ölüb, 38 nəfər xəsarət alıb
# 01 iyun 2012 06:51 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda bir gündə baş verən yol qəzalarında 13 nəfər ölüb. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, mayın 31-də respublikanın avtomobil yollarında 25 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 13 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən yol qəzaları Yevlax, Quba, Sumqayıt və Bakıda törədilib.

Qəzaların böyük əksəriyyəti sürət həddinin aşması nəticəsində baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR