Robert Bradtke: “Azərbaycanla Ermənistan arasında humanitar əlaqələri inkişaf etdirmək üçün çox imkan var”

Robert Bradtke: “Azərbaycanla Ermənistan arasında humanitar əlaqələri inkişaf etdirmək üçün çox imkan var”
# 06 mart 2012 12:12 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke jurnalistlərə açıqlamasında deyib.

Amerikalı diplomat “Azərbaycanla Ermənistan arasında humanitar əməkdaşlıq çərçivəsində yeni addımlar gözlənilirmi” sualına cavab olaraq humanitar əlaqələri inkişaf etdirməyin vacibliyini qeyd edib: “Bu barədə Azərbaycan və Ermənistan prezidentləri də danışıblar. Onlar ümid verirlər ki, humanitar əlaqələr daha çox inkişaf edəcək. Biz humanitar münasibətləri qurmağa hələ indi başlayırıq. Bu hələ başlanğıcdır. Bu məqamda əməkdaşlıq bizə çox ümid verir”.

Ötən ilin dekabrında həmsədrlərin Azərbaycan-Ermənistan sərhədində olduğunu xatırladan R. Bradtke bunları deyib: “Gördük ki, iki tərəfdə yaşayan insanlar eyni - su, enerji problemləri ilə üzləşirlər. Biz istərdik ki, eyni problemi olan insanlar arasında bununla da bağlı hansısa bir əməkdaşlıq yaradaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR