Eldar Qasımov və Nigar Camal Türkiyədə növbəti mükafata layiq görülüblər

Eldar Qasımov və Nigar Camal Türkiyədə növbəti mükafata layiq görülüblər
# 11 aprel 2012 09:10 (UTC +04:00)
Qaliblər İstanbulda keçirilən 15-ci Avrasiya İqtisadi Sammitinin moda və sənət dünyasının tədbirində çıxış ediblər

Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın “Eurovision-2011” qalibləri Eldar Qasımov və Nigar Camal Türkiyənin İstanbul şəhərində təşkil olunan 15-ci Avrasiya İqtisadi Sammitinin moda və sənət dünyasının tanınmış simalarının moda nümayişi və konsertində çıxış ediblər. Eldar Qasımovun APA-ya verdiyi məlumata görə, bir saatlıq moda nümayişindən sonra podiuma çıxıb və Azərbaycan dilində yeni «Birlikdə Nəhayət» balladasını ifa edib.

Uğurlu çıxışından sonra o səhnəyə duet ortağı Nigar Camalı dəvət edib və onlar birgə Düsseldorf səhnəsində Azərbaycana qalibiyyət qazandıran «Running Scared» mahnısını ifa ediblər. Eldar bildirib ki, onlar duet olaraq ilk dəfə deyil ki, Türkiyədə çıxış edirlər və hər dəfə onların çıxışı sürəkli alqışlarla qarşılanır. Tədbirdə Eldar və Nigara tədbirin təşkilatçısı «Mərmərə Qrupu» tərəfindən xüsusi mükafat təqdim olunub.

Tədbir “Marmara Qrupu” Strateji və Sosial Araşdırmalar Fondu tərəfindən təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR