İrana məxsus yük gəmisi Somali quldurlarının əlinə keçib

İrana məxsus yük gəmisi Somali quldurlarının əlinə keçib
# 27 mart 2012 00:42 (UTC +04:00)
Bakı-APA. Somalili dəniz quldurları Maldiv adaları rayonunda İrana aid yük gəmisinə hücum ediblər.

Maldiv Milli müdafiə qüvvələrinin məlumatına görə, Hoarafuşi adasının şimal-qərbində quldurlar 23 nəfər heyət üzvü olan «MV. Eglantine» gəmisini ələ keçiriblər.

Quldurlar gəminin istiqamətini dəyişiblər. Bölgəyə quldurlarla mübarizə üçün gəmilər göndərilib. Əməliyyatda Maldiv və Hindistan gəmiləri iştirak edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR