Abdullah Gül: İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin qarşıdurmaya çevrilməsi ehtimalı var

Abdullah Gül: İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin qarşıdurmaya çevrilməsi ehtimalı var
# 05 aprel 2012 17:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin qarşıdurmaya çevrilməsi ehtimalı var”. APA-nın məlumatına görə, bunu Türkiyənin prezidenti Abdullah Gül bildirib. Onun sözlərinə görə, Türkiyənin yaxın çevrəsində böyük risk və təhdidlər mövcuddur: “Yaxın qonşularımızda qeyri-sabit vəziyyət cərəyan edir. Bu durumda Türkiyənin prosesləri uzaqdan izləməsi mümkün deyil. Biz bir tərəfdən hər cür ssenariyə qarşı hazırlanarkən, digər tərəfdən hansısa fəlakətin qarşısını almaq üçün diplomatiyanın bütün imkanlarından yararlanmaq məcburiyyətindəyik. Belə bir vəziyyətdə Türkiyə üçün diplomatik aktivlik və hərbi hazırlıq bir seçim deyil, məcburiyyətdən doğan amildir”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR