Berti Foqts: “Portuqaliya ilə matçda çox səhvə yol verdik”

Berti Foqts: “Portuqaliya ilə matçda çox səhvə yol verdik”
# 12 sentyabr 2012 09:07 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis DÇ-2014-ün Portuqaliya ilə səfər oyunundakı 0:3 hesablı məğlubiyyəti futbolçularımızın fiziki cəhətdən çatışmazlıqları ilə əlaqələndirib: “4 gündə 2 matç oynamaq fiziki cəhətdən bizim üçün çətindir. Braqadakı qarşılaşmada çox səhvə yol verdik. Bununla da istəmədən onlara qol vurmaq üçün şərait yaratdıq. Son 15-20 dəqiqədə komanda fiziki cəhətdən çatdıra bilmədi. Portuqaliya ilə oynamaq komandam üçün asan deyildi”.

Foqts bu məğlubiyyətin futbolçularımıza dərs olduğunu düşünür: “Futbolçularımızın öz səhvlərindən nəticə çıxaracağına ümid edirəm. Amma rəqib güclü komandadır. Belə komandalarla oyunda komandamız təcrübə yığır. Yetirmələrimdən kimisə fərqləndirmək istəmirəm. Qalib gələndə də, məğlub olanda da komanda şəklində çıxış edirik".
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR