Türkiyə vətəndaşı olan azərbaycanlı Ankaradan Bakıya piyada yürüş edir - FOTO
04 aprel 2012 13:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan əsilli Türkiyə vətəndaşı Qələndar Bayramlı Xocalı qətliamına diqqət çəkmək və erməni işğalına etirazını bildirmək üçün piyada yürüşə çıxıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 58 yaşlı Q. Bayramlının Ankaradan başladığı yürüş Bakıda başa çatacaq. O, 15 gün müddətində 420 kilometr yol qət edərək Sivas şəhərinə çatıb. Q. Bayramlı gündə 35 kilometr yol qət edir.
Özəl şirkətdə çalışan Q. Bayramlı yürüşlə əlaqədar işdən çıxıb.
“1992-ci ildə baş verən Xocalı soyqırımını dünyaya çatdırmaq üçün 2,8 min kilometr yol gedəcəyəm. Yürüş asan deyil. Amma haqlı bir yürüşdür, ona görə də məni yormur. Azərbaycanın şəhidlərini sayğı ilə anıram. Ermənilər bizim torpaqlardan çəkilməlidir” – deyə, Q. Bayramlı yerli mətbuata açıqlamasında bildirib.
Q. Bayramlı yolboyu ona insanların yardım etdiyini də söyləyib.

Xarici siyasət
ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir
15:04
11 may 2024
Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:03
11 may 2024
ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil
15:01
11 may 2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
13:57
11 may 2024