İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə xəbərdarlıq edib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə xəbərdarlıq edib
# 07 avqust 2012 14:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Seyid Həsən Firuzabadi Suriyada qan tökülməsində Türkiyə, Qətər və Səudiyyə Ərəbistanını ittiham edib. APA-nın məlumatına görə, H. Firuzabadi bildirib ki, “böyük şeytan”ın (ABŞ) hərbi planlarına dəstək vermək Suriyaya qonşu olan ölkələr üçün doğru addım deyil: “Əgər onlar bu cür hərəkət edirlərsə, gələn dəfə sıranın Türkiyə və digər ölkələrə gələcəyini bilməlidirlər. Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərdəki dostlarımıza xəbərdarlıq edirik. Onlar “əl-Qaidə” terrorunun yayılmasının qurbanına çevrilməsinlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR