Türkiyə Quru Qoşunlarının komandanı Azərbaycana səfər edəcək

Türkiyə Quru Qoşunlarının komandanı Azərbaycana səfər edəcək
# 02 may 2012 12:16 (UTC +04:00)
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

İyun ayının əvvəllərinə gerçəkləşəcəyi gözlənilən səfər ordu generalı H. Kıvrıkoğlunun Quru Qoşunları komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.

Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc APA-ya səfərə hazırlığın getdiyini təsdiqləsə də, tarixi barədə məlumat verməyib.

Qeyd edək ki, general H. Kıvrıkoğlu 2011-ci ilin avqust ayında Türkiyə Quru Qoşunlarının komandanı vəzifəsinə təyin olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR