Səbail rayon İcra Hakimiyyətində Çernobıl qəzasının ildönümü ilə əlaqədar görüş keçirilib - FOTO

Səbail rayon İcra Hakimiyyətində Çernobıl qəzasının ildönümü ilə əlaqədar görüş keçirilib - <font color=red>FOTO</font>
# 24 aprel 2012 10:47 (UTC +04:00)
Bakı-APA. Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. Hadisə nəticəsində 7 min insan həlak olub, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. Ukrayna və Belorusda 300 min nəfər öz yaşayış yerlərini tərk edib. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan “Sarkofaq” əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb edilib. Hadisədən artıq 26 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.

Toplantıda qeyd olunub ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 90 nəfərin 40-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son bir il ərzində rayonda 2 nəfər Çernobıl əlili mənzillə, 1 nəfər minik avtomobili ilə təmin olunub, 12 nəfər sanatoriyaya göndərilib. Respublikamızda radiasiya şüalanmasından əziyyət çəkən vətəndaşlar üçün Mingəçevir şəhərində xüsusiləşdirilmiş müalicə mərkəzinin yaradılması ilə bağlı prezident İlham Əliyevin səyləri müsbət qarşılanıb. Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR