Azərbaycan Maliyyə Nazirliyinin əməkdaşları Estoniyada tədqiqat səfərində olub

Azərbaycan Maliyyə Nazirliyinin əməkdaşları Estoniyada tədqiqat səfərində olub
# 25 aprel 2012 06:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində həyata keçirilən «Azərbaycanda dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək» adlı tvinninq layihəsinin icrası ilə əlaqədar Azərbaycan Maliyyə Nazirliyinin işçilərindən ibarət nümayəndə heyəti layihənin tərəfdaş ölkələrindən olan Estoniyada tədqiqat səfərində olub.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Avropa İttifaqının üzv ölkəsi olan Estoniyada yeni qurulmaqda olan dövlət maliyyə idarəçiliyi və maliyyə nəzarəti sisteminin öyrənilməsi məqsədi daşıyan səfər çərçivəsində Estoniya Maliyyə Nazirliyində və Milli Audit İdarəsində (Hesablama Palatasında) görüşlər və təqdimatlar keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR