Ziyafət Əsgərov Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə görüşüb
05 aprel 2012 16:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Şurası (AŞ) Yerli və regional hakimiyyətlər konqresinin nümayəndə heyəti ilə görüşüb. APA-nın məlumatına görə, Z. Əsgərov görüşdə bildirib ki, parlamentdə Konstitusiyanın tələblərinə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının fəaliyyətini tənzimləyən müxtəlif qanunlar qəbul olunub: “Bu sahədə Avropa Xartiyasının tələblərinin yerinə yetirilməsi istiqamətində də müvafiq addımlar atılır. Bələdiyyələrin müstəqilliyinin təmin olunması ilə yanaşı, onların dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin genişləndirilməsinə imkanlar yaradılıb”.
Nümayəndə heyətinin rəhbəri xanım Qudrun Mosle-Mörnström isə deyib ki, qurumun monitorinq qrupunun üzvləri sonuncu dəfə Azərbaycanda 2003-cü ildə olub və monitorinq aparıblar: “Ötən müddət ərzində ölkə xeyli dəyişib. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi nümayəndələrinin budəfəki səfərinin məqsədi Azərbaycanda yerli demokratiyanın, bələdiyyələrin inkişafı ilə maraqlanmaq, Konqresin monitorinq qrupunun verdiyi tövsiyələrin necə yerinə yetirilməsi ilə tanış olmaqdır. Bununla əlaqədar bir sıra hökumət və qeyri-hökumət təşkilatlarında görüşlər keçiriləcək. Səfərin sonunda hesabat hazırlanacaq və monitorinq komitəsində müzakirəyə çıxarılacaq. Hesabat qurumun oktyabrda keçiriləcək sessiyasında qəbul olunacaq”.

Xarici siyasət
Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar - FOTO
08:31
4 may 2024
Malayziya Parlamenti Senatının nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO
17:42
3 may 2024
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
15:32
3 may 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə Məscidində olublar - FOTO - YENİLƏNİB
15:30
3 may 2024