Təbii fəlakət Gürcüstana 5 milyon lari ziyan vurub

Təbii fəlakət Gürcüstana 5 milyon lari ziyan vurub
# 15 may 2012 02:46 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Təbii fəlakət Gürcüstanın Kaxeti, Mtsxeta-Mtianeti bölgələrinin infrastrukturuna 5 milyon lari zərər verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə ölkənin regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvili ötən gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, o, bölgə qubernatorları ilə birgə güclü leysan yağış və sel sularından zərər çəkən bütün rayonları gəzib. Nazirin dediyinə görə, əsasən avtomobil yolları və körpülərə ciddi ziyan dəyib: “Qeyd edilən infrastrukturları bərpa etmək üçün 5 milyon lari xərclənəcək”.
Gürcüstan Maliyyə Naziri Dmitri Qvindadze jurnalistlərə açıqlamasında bildirib ki, ölkə büdcəsindən infrastrukturun bərpası üçün tələb olunan məbləğ ayrılıb.
Qeyd edək ki, ötən gün axşamüstü azərbaycanlıların kompakt yaşadığı bölgələrə də güclü yağışdan sonra dolu düşüb. Təbii fəlakətin fəsadları hələlik müəyyən edilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR