“Mur-Ay” MMC-nin işi üzrə məhkəmədə ittiham aktının oxunmasına başlanıb

“Mur-Ay” MMC-nin işi üzrə məhkəmədə ittiham aktının oxunmasına başlanıb
# 27 aprel 2012 15:45 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Mur-Ay” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, dövlət ittihamçıları Vüqar Quliyev və Fərid Nağıyev tərəfindən ittiham aktının Elxan Hüseynov barəsində olan hissəsi elan olunub. Proses aprelin 30-da davam etdiriləcək.

İttiham aktına görə, “Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov və qeyrilərinin qabaqcadan əlbir olub cəmiyyət tərəfindən Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitlərini ələ keçirərək dələduzluq əməli törədiblər. Cinayət işi üzrə təqsirləndirilən şəxslər “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Qalib Məmmədbəyli , “Mur-Ay” MMC-nin sədr müavini Bəybala Sultanov, “Mur-Ay” MMC-də mühasib vəzifəsində işləyən Novruz Muxtarov, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov , cəmiyyətdə satış üzrə menecer işləyən Səhriyar Ağayev, Seyfəddin Səfərov və şirkətin sədri Elxan Hüseynovdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR