Tiflisdə “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur» tamaşası göstəriləcək

Tiflisdə “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur» tamaşası göstəriləcək
# 06 aprel 2012 21:48 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Aprelin 24-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Gürcüstan paytaxtının A.S. Qriboyedov adına Dövlət Akademik Rus Dram Teatrının böyük zalında tamaşa göstərəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan Milli Dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr edilən tamaşa «Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur» adlanır. APA-nın məlumatına görə, tamaşaya Gürcüstan dövlət və hakimiyyət strukturlarında çalışan gürcü və azərbaycanlılar, ziyalılar, QHT nümayəndələri, jurnalistlər, ətraf rayonlarda kompakt yaşayan azərbaycanlılar dəvət edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR