Üzeyir Hacıbəylinin əsərlərindən ibarət disk hazırlanır

Üzeyir Hacıbəylinin əsərlərindən ibarət disk hazırlanır
# 30 avqust 2012 11:26 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Sentyabrın 18-də Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 127 ili tamam olur. Bu münasibətlə görkəmli bəstəkarın musiqilərindən ibarət xüsusi CD hazırlanır. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov APA-ya bildirib ki, disk sentyabrın 18-də musiqisevərlərin ixtiyarına veriləcək: “Albomda Üzeyir bəyin “Arşın mal alan” operettası, “O olmasın, bu olsun”, “Koroğlu” operasından parçalar, görkəmli bəstəkarımızın vətənpərvərlik mövzusunda olan parçaları yer alacaq”.

Qeyd edək ki, albomda yer alacaq mahnılar məhz Ramil Qasımovun ifasında təqdim olunur. O qeyd edib ki, Üzeyir Hacıbəylinin 127 illiyi ilə əlaqədar musiqi kollektivlərinin ifasında Üzeyir bəy və Müslüm Maqomayevin əsərlərindən ibarət böyük konsert proqramı, eyni zamanda gənclərlə birgə “Arşın mal alan” operettasının radio versiyası da hazırlanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR