“Azərbaycan yəhudiləri-2012” adlı beynəlxalq elmi ekspedisiya keçirilib – FOTO

“Azərbaycan yəhudiləri-2012” adlı beynəlxalq elmi ekspedisiya keçirilib – <font color=red>FOTO </font>
# 02 avqust 2012 08:14 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. “Azərbaycan yəhudiləri-2012” adlı ilk beynəlxalq elmi ekspedisiya başa çatıb. APA-nın xəbərinə görə, ekspedisiyanın tərkibində Azərbaycan, Gürcüstan, İsrail, Rusiya, ABŞ və Fransadan alimlər və ekspertlər iştirak edib. Ekspedisiya Quba rayonundakı Qırmızı qəsəbədən başlayıb.

Bu ekspedisiya 5 illik proqram çərçivəsində görüləcək işlərin ilk mərhələsidir. Ekspedisiyanın nəticələri məlumat bazası, kino-foto-audio sənədlərin yaradılması üzərində işi davam etdirməyə, bu mövzuda kitab nəşrinə və elmi konfransların təşkilinə imkan verəcək.

Elmi ekspedisiyanın ikinci mərhələsi Şamaxı, Şirvan və Gəncəni əhatə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR