Azərbaycanın əmək müfəttişləri üçün təlim kursu keçirilib

Azərbaycanın əmək müfəttişləri üçün təlim kursu keçirilib
# 28 iyun 2012 14:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının «Sosial müdafiənin inkişafı Layihəsi»nin «Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması» tapşırığı çərçivəsində «Təhlükəsiz və Sağlam Əmək Şəraitinin İdarəetmə Sistemləri» (TSƏŞ) mövzusunda 6 günlük təlim kursu keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, layihə üzrə işçi qrupunun rəhbəri Pol Huijzendveld və Polşadan olan beynəlxalq ekspert Zofia Pavlovska tərəfindən aparılan təlimdə Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX), Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından 30 nəfər əməkdaş iştirak edib.
Təlim zamanı TŞƏS idarəetmə sistemlərinin inkişaf mərhələləri nəzərdən keçirilib, QOST 12.0.320 standartının məqsədləri, ümumi strukturu və səbəbləri, müəssisələrdə TSƏŞ idarəetmə sisteminin sənədləşdirilməsi, daxili və xarici audit yoxlamalarının həyata keçirilməsi, iş yerlərində risklərin qiymətləndirilməsi, həmin sistemlərin əmək müfəttişləri tərəfindən qiymətləndirilməsi barədə məlumat verilib. Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR