Bakıda yaşayış evində partlayış olub, yaralananlar var

Bakıda yaşayış evində partlayış olub, yaralananlar var
# 02 aprel 2012 07:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evində partlayış olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 1 mərtəbəli 5 otaqlı evdə partlayış baş verib. Nəticədə evin konstruktiv elementləri deformasiyaya uğrayıb, yanğın hadisəsi olmayıb. Partlayış zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə təcili yardım tərəfindən Yanıq Mərkəzinə aparılıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR