Vladimir Putin Mstislav Rostropoviçin abidəsinin açılış mərasimində iştirak edib – FOTO

Vladimir Putin Mstislav Rostropoviçin abidəsinin açılış mərasimində iştirak edib – <font color=red>FOTO  </font>
# 30 mart 2012 11:06 (UTC +04:00)
APA-nın Mosklva müxbirinin məlumatına görə, paytaxtın Bryusov döngəsində ucaldılan abidə maestronun anadan olmasının 85 illiyinə və vəfatının 5-ci ildönümünə həsr olunub. Açılış mərasimində Rusiyanın yeni seçilmiş prezidenti, hazırki baş nazir Vladimir Putin də iştirak edib. V. Putin mərasimdə çıxış edərək M. Rostropoviçlə tanışlığından qürur duyduğunu bildirib. O, M. Rostropoviçi XX əsrin görkəmli musiqiçisi adlandırıb: “Şübhəsiz, belə adamlar bizim ölkəmizin fəxri olub və indi də ölkəmiz onlarla fəxr edir”.

Baş nazir mərasimdə iştirak edən Qalina Vişnevskayaya müraciət edərək Vişnevskayanın Mstislav Rostropoviçin sevdiyi qadın və həyat yoldaşı olmaqla bərabər, həm də onun məsləkdaşı olduğunu söyləyib. O, Moskvada Rostropoviç və Vişnevskayanın Mədəni İrsi Mərkəzinin yaradılması ideyasını dəstəkləyib.

Qalina Vişnevskaya isə mərasimə toplaşanlara və böyük musiqiçinin xatirəsini yad etməyə gələnlərə təşəkkürünü bildirib.

Mərasimdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakının Rusiyaya və bütün dünyaya belə bir görkəmli musiqiçi və gözəl insan bəxş etməsinə görə bütün azərbaycanlıların fəxr etdiyini vurğulayıb.

Qeyd edək ki, abidənin müəllifləri heykəltəraş Aleksandr Rukavişnikov və memar İqor Voskresenskidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR