Fransada ultra-sağçı siyasətçi prezidentliyə namizəd olub

Fransada ultra-sağçı siyasətçi prezidentliyə namizəd olub
# 14 mart 2012 00:37 (UTC +04:00)
Bakı-APA. Fransada ultra sağ partiyasının lideri Marin Le Pen gələn ay keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün kifayət qədər səs topladığını bildirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Le Pen deyib ki, o, tələb olunan 500 seçkili fransız rəsmisinin dəstəyini ala bilib.

Le Pen ultra mühafizəkar Milli Cəbhə Partiyasına rəhbərlik edir ki, bu partiya özünün qatı anti-mühacir təmayülünə görə tanınır.

Partiya son zamanlar sərt ritorikadan geri çəkilərək diqqəti daha çox avro və iqtisadiyyata yönəldib.

Son rəy sorğuları Le Penin prezident Nikola Sarkozinin başlıca rəqibi sosialist Fransua Hollanddan xeyli geridə qaldığını göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR