Pan Gi Mun Böyük Britaniya və Argentinanı Folklend adalarına görə münaqişə etməməyə çağırıb

Pan Gi Mun Böyük Britaniya və Argentinanı Folklend adalarına görə münaqişə etməməyə çağırıb
# 10 fevral 2012 23:48 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniya və Argentina Folklend adaları ətrafında münaqişəni gərginləşdirməməlidirlər. BMT baş katibi Pan Gi Mun belə bir bəyanatla çıxış edib.

Baş katibi bu bəyanatı Argentinanın xarici işlər naziri Hektor Timmerman ilə görüşdə səsləndirib. BMT baş katibi mübahisəli adalar ucbatından Argentina və Böyük Britaniya hökumətləri arasında münasibətlərin gərginləşməsindən narahat olduğunu bildirib.

O Argentina və Böyük Britaniya hökumətlərinin fikir ayrılıqlarını dialoq vasitəsilə həll edə biləcəklərinə ümidini ifadə edib.

Argentinanın Malvin adaları adlandırdığı Folklend adaları 1982-ci ildə iki ölkə arasında hərbi münaqişəyə səbəb olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR