«Atəşgah» sığorta şirkəti bu il KASKO sığortası üzrə 2,7 mln. manat ödəniş aparıb

«Atəşgah» sığorta şirkəti bu il KASKO sığortası üzrə 2,7 mln. manat ödəniş aparıb
# 20 sentyabr 2012 14:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkəti 2012-ci ilin yanvar-avqust ayları ərzində «Avtomobillərin KASKO sığortası» üzrə 2,7 mln. manat həcmində ödəniş həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin avqust ayı ərzində şirkət KASKO üzrə 3 iri sığorta ödənişi həyata keçirib ki, bunun 44,5 min manatı Giləzi-Xızı avtomobil yolunda çevrilərək zədələnən «HOWO» markalı yük avtomobili üçün ödənilib.

Analoji hadisə Xaçmaz rayonu ərazisində «Hyundai County» markalı avtomobillə baş verib. Bu avtomobil üzrə ödənişin məbləği 25 min manat təşkil edib. Daha bir ödəniş (20,765 min manat) «Volkswagen Passat CC» markalı avtomobilin «VAZ 21063» markalı avtomobillə toqquşması hadisəsi üzrə həyata keçirilib.

Qeyd edək ki, ümumilikdə 2012-ci ilin avqust ayı ərzində şirkət tərəfindən həyata keçirilən «Avtomobillərin KASKO sığortası» üzrə ödənişləri 447 min manatdan çox olub.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR