Azərbaycan xarici işlər nazirinin müavini Litvaya səfər edib - FOTO

Azərbaycan xarici işlər nazirinin müavini Litvaya səfər edib - <font color=red>FOTO</font>
# 03 fevral 2012 15:58 (UTC +04:00)
Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə 2-3 fevral tarixlərində Litvaya səfər edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin ilk günü X. Xələfov Litvanın xarici işlər naziri və hökumətlərarası müştərək komissiyanın həmsədri Audronius Ajubalis, Litva baş nazirinin müşaviri Laimonas Talat-Kelpşa, Litva Seyminin xarici işlər komitəsinin sədri Emanuelis Zingeris və xarici işlər nazirinin müavini Asta Skaisgyriyte – Liauskiene ilə görüşlər keçirib.

Cari ilin birinci yarısında Litvanın xarici işlər naziri A. Ajubalisin Azərbaycana rəsmi səfəri və səfər zamanı hökumətlərarası komissiyanın ikinci iclasının keçirilməsi barədə razılıq əldə olunub. Litvanın baş naziri Andrius Kubiliusin də Azərbaycana rəsmi səfərinin həyata keçiriləcəyi bildirilib. Səfər çərçivəsində ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədilə biznes sammitin keçirilməsi məsələsi müzakirə edilib.

Görüşlər zamanı X. Xələfov Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın davamlı iqtisadi inkişafı, regional və qlobal məsələlərdə ölkənin mövqeyi, həyata keçirilən islahatlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Görüşlərdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR