Hollandiyada qatarların toqquşması nəticəsində xəsarət alanların sayı 125-ə çatıb

Hollandiyada qatarların toqquşması nəticəsində xəsarət alanların sayı 125-ə çatıb
# 22 aprel 2012 04:51 (UTC +04:00)
Bakı-APA. Amsterdamda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların 125 nəfərə çatıb .
APA-nın verdiyi xəbərə görə, bunlardan 13 nəfərinin vəziyyəti ağardır. Qəza Amsterdamın Sloterdayk rayonunda baş verib. Amsterdamdan Eygest şəhərinə gedən qatar Den Xelder-Heymenqen sürət qatarı ilə toqquşub. Qatarlar relslərdən çıxmayıb. Xilasedicilər bəzi xəsarət alan sərnişinləri azad etmək üçün kranlardan istifadə ediblər.
Qəzanın səbəbi bildirilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR