İranın futbol millisinin sabiq qapıçısı müsahibə verdiyinə görə cəzalanıb

İranın futbol millisinin sabiq qapıçısı müsahibə verdiyinə görə cəzalanıb
# 26 mart 2012 18:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın futbol üzrə yığma komandasının sabiq qapıçısına 54 zərbə şallaq cəzası verilib. APA-nın məlumatına görə, buna səbəb Əhmədrza Abadzadənin 1993-cü ildə onu əməliyyat edən həkim haqqında tənqidi müsahibəsi olub. Sabiq qapıçı qəzetlərin birinə əməliyyatdan sonra ayağında problem yarandığını danışıb. Müsahibəyə görə həmin həkim Ə. Abbaszadəni məhkəməyə verib. Şallaq cəzası alan keçmiş futbolçunun ölkədən çıxması da qadağan edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR