Azərbaycanda əsas kapitala xarici investisiyalar növbəti üç ildə 3,5 dəfə artacaq

Azərbaycanda əsas kapitala xarici investisiyalar növbəti üç ildə 3,5 dəfə artacaq
# 17 aprel 2012 09:39 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən sənaye parklarına dair regional konfransda çıxışında bildirib.

Onun sözlərinə görə, 2012-ci ilin sonunda ölkədə 59,3 mlrd. dollarlıq ÜDM istehsal olunacağı proqnozlaşdırılır: «2015-ci ildə ÜDM-in artım dinamikasının 5,4% olacağı gözlənilir. Adambaşına düşən ÜDM 2012-ci ildəki 6 000 dollardan 2015-ci ildə 7,9 min dollara qədər artacaq və Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcək».

N.Səfərov qeyd edib ki, 2012-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların 11,9% artaraq 18,5 mlrd. dollar, 2015-ci ilədək isə ümumilikdə 65,1 mlrd. dollar olacağı proqnozlaşdırılır: «Əsas kapitala xarici investisiyaların 2012-ci ildə 5 mlrd. dollar olmaqla 2015-ci ilədək orta hesabla ildə 13,9% artaraq ümumilikdə 21,2 mlrd. dollara çatacağı gözlənilir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR