Dow Jones indeksi 0,6% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,6% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,8% enib
# 17 aprel 2012 08:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 921 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 370 bəndədək, Nasdaq 0,8% - 2 988 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına həm makroiqtisadi, həm də korporativ göstəricilər təsir edib. Belə ki, ölkədə pərakəndə satışın mart ayında artması bazara müsbət, «Apple» şirkətinə qarşı inhisarçılıqla bağlı iddianın qaldırılması isə mənfi təsir edib.

Avropa fond bazarlarında aprelin 16-da FTSE 100 indeksi 0,6% - 5 684 bəndədək, Almaniya DAX-ı 0,9% - 6 645 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 205 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 649,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3115 (+0,8%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR