Bakı-Milan aviareyslərinin sayı artırılıb

Bakı-Milan aviareyslərinin sayı artırılıb
# 25 aprel 2012 09:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Milan (İtaliya) marşrutu üzrə birbaşa sərnişin aviareyslərinin sayını artırıb.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, əgər bundan öncə Bakı-Milan-Bakı aviareysi hər həftənin I və V günləri yerinə yetirilirdisə, aprelin 25-dən etibarən sözügedən aviareys həftənin III günləri də həyata keçiriləcək: «Bu marşrut üzrə həftədə 3 dəfə yerinə yetirilən uçuşlar mayın 31-dək davam edəcək».

Eyni zamanda, AZAL Bakıdan Paris (Fransa), Praqa (Çexiya) və İstanbul (Türkiyə) şəhərlərinə də uçuşların sayını artırıb. Belə ki, aprelin 21-dən mayın 31-dək Bakı-Paris-Bakı və Bakı-Praqa-Bakı reysləri gündəlik olaraq yerinə yetirilir, mayın 10-dan etibarən isə Bakı-İstanbul-Bakı reysi gündə 3 dəfə həyata keçiriləcək.

Xatırladaq ki, AZAL həmçinin aprelin 17-dən etibarən Bakı-Roma-Bakı marşrutu üzrə müntəzəm reyslərə start verib. İtaliyanın paytaxtına uçuşlar hər həftənin II, IV və VI günləri yerinə yetirilir. Hazırda Bakı-Milan-Bakı aviareysinə bir biletin minimal qiyməti 426 manat, Bakı-Roma-Bakı aviareysinə biletin minimal qiyməti isə 420 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR