Azərbaycan prezidenti Fransanın mədəniyyət və kommunikasiya nazirini qəbul edib

Azərbaycan prezidenti Fransanın mədəniyyət və kommunikasiya nazirini qəbul edib
# 09 mart 2012 14:11 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Mədəniyyətlə bağlı keçirilən çoxsaylı tədbirlərə toxunan prezident əlaqələrin sürətli inkişafında bu tədbirlərin önəmini qeyd edib. Dövlət başçısı Azərbaycanın Fransada təqdimatı çərçivəsində mədəniyyət sahəsi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Prezident Bakıda təşkil olunacaq sərginin də bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini deyib.

Dövlət başçısı Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın səfərinin əməkdaşlın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, F. Mitteran Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyətini yüksək qiymətləndirərək onun təşəbbüsü ilə Fransada keçirilən təqdimat tədbirlərinin Azərbaycanın tanınmasında böyük rol oynadığını qeyd edib. Bakıda keçiriləcək “Fransa inciləri. Fransız incəsənəti Renessansdan bu günədək” sərgisinin də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunduğunu vurğulayan F. Mitteran ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın bir sıra istiqamətlərdə genişləndirməyin zəruriliyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR