Nazir Əli Abbasov: “Eurovision” mahnı müsabiqəsi heç bir telekommunikasiya problemi olmayacaq”

Nazir Əli Abbasov: “Eurovision” mahnı müsabiqəsi heç bir telekommunikasiya problemi olmayacaq”
# 07 may 2012 10:08 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

O deyib ki, müsabiqə ilə əlaqədar ən mürəkkəb sistem sayılan radio-televiziya sistemi artıq bu gün təhvil verilir. Bundan sonrakı günlər isə müəyyən və ya qeyri-müəyyən, gözlənilməyən problemlərin qarşısının almaq üçün testlərə başlanacaq: “İnternet tamamilə hazırdır və istifadəyə veriləcək. Həmçinin mobil operatorlar üzərinə düşən işləri artıq tamamlayıblar. “Eurovision”un veb-saytı öz normasında işləyir. Bundan sonra bizim əsas vəzifəmiz sistemin dayanıqlığı və onun etibarlılığını, həmçinin baş verə biləcək müəyyən kiberhücum problemlərinin qarşısının almaq üçün tədbirlərin görülməsidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR