Baş Prokurorluq Bakının Binəqədi rayonunda törədilən qətllə bağlı məlumat yayıb
13 fevral 2012 09:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Baş Prokurorluq Bakının Binəqədi rayonunda törədilən qətllə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, fevralın 13-də saat 02:00 radələrində Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Yeni Yol küçəsi 16 saylı ünvanda yerləşən ikimərtəbəli evin ikinci mərtəbəsində ailə üzvləri ilə birlikdə kirayədə yaşayan, 1979-cu il təvəllüdlü Babayev Müslüm Bəxtiyar oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin evin birinci mərtəbəsində kirayədə yaşayan, 1980-ci il təvəllüdlü Mikayılov Xosrov Dostalı oğluna mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürüb. Mübahisə zamanı özü də xəsarət alan Müslüm Babayev xəstəxanaya müraciət edib və ona müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq məhkəmə-tibbi, kompleks kriminalistik və bioloji ekspertizalar təyin edilmiş, digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz istintaq - əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Müslüm Babayev tutularaq istintaqa cəlb olunub və sonuncu ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Hadisə
Naxçıvanda yol qəzasında bir nəfər xəsarət alıb
18:46
11 may 2024
Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
18:28
11 may 2024
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alan var - FOTO
18:23
11 may 2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
18:06
11 may 2024