Akif Nağı: “Qarabağ danışıqları ətrafında yeni situasiya yaranıb”

Akif Nağı: “Qarabağ danışıqları ətrafında yeni situasiya yaranıb”
# 26 sentyabr 2012 15:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Azad Qarabağ uğrunda Alyansın (AQA) təşəbbüsü ilə “Qarabağ ətrafında yeni situasiya və atılmalı olan zəruri addımlar” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Alyansa daxil olan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azadlığa çıxmasından sonra Qarabağ danışıqları ətrafında yeni situasiya yaranıb: “Ermənistan bir zabitin azadlığa çıxmasına bu cür reaksiya verdi. Bu cür ölkə ilə sülh danışıqlarının aparılması doğru sayıla bilməz. Digər tərəfdən, Azərbaycan torpaqlarının 20 illik işğal faktına susan beynəlxalq təşkilatlar zabitin buraxılmasına görə ölkəmizdən izahat istəyir. Bütün bunlar göstərir ki, beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistanla danışıqlar aparmaq doğru deyil”.

Sonda Azad Qarabağ uğrunda Alyans bəyanat qəbul edib. Bəyanatda bildirilib ki, Ramil Səfərovun azadlığa çıxması ilə sarsılmış düşmənə növbəti zərbə Qarabağda vurulmalı, işğal altındakı Azərbaycan torpaqları azad edilməlidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR