ARDNŞ İngiltərənin “Gabbitas” şirkəti ilə müqavilə imzalayıb

ARDNŞ İngiltərənin “Gabbitas” şirkəti ilə müqavilə imzalayıb
# 05 aprel 2012 10:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən təsis edilmiş Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi ilə İngiltərənin tanınmış “Gabbitas” məsləhətçi təhsil şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə “Gabbitas” şirkətinin fəaliyyəti haqqında məlumat verilərək bildirilib ki, tərəflər arasında imzalanan “Beynəlxalq məktəbin yaradılmasına dair təhsil məsləhəti müqaviləsi”ndə göstəriləcək məsləhət xidmətlərinə dair başlıca şərtlər öz əksini tapıb.

Müqaviləni ARDNŞ-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xalik Məmmədov və “Gabbitas” Məsləhətçi Təhsil Şirkətinin baş direktoru İen Hant imzalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR