Nazir: “Qeyri-sabit hava şəraiti Azərbaycanda məhsuldarlığa mənfi təsir edəcək”

Nazir: “Qeyri-sabit hava şəraiti Azərbaycanda məhsuldarlığa mənfi təsir edəcək”
# 30 iyun 2012 10:46 (UTC +04:00)
APA-Economics”İn xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, bu il kənd təsərrüfatında çox yaxşı səviyyədə məhsul gözlənilsə də, hava şəraitinin qeyri-sabit keçməsi, leysan yağışları və bəzi yerlərə dolu düşməsi öz mənfi təsirini göstərəcək: «Əlbəttə ki, bu, öz mənfi təsirini göstərəcək. Belə ki, bəzi yerlərdə yağıntılar taxılı yatırıb. Bəzi yerlərdə hava şəraiti belə keçəndə dən sünbüllərdən ayrılır. Belə olan halda bu, məhsuldarlığa öz mənfi təsirini göstərəcək».

Nazir qeyd edib ki, hava şəraiti normallaşan kimi məhsul yığımını sürətləndirmək və məhsulu qısa zamanda tədarük etmək planlaşdırılır. İ.Abasov bu şəraitin qiymət artımına səbəb olmayacağını bildirib: «Bununla əlaqədar olaraq heç bir qiymət artımı gözlənilmir. Çünki bu il Azərbaycanda kənd təsərrüfatında kifayət qədər artım var. Son 5 ayda artım 7,1%-dir və hesab edirəm bu rəqəm ilin sonunadək belə qalacaq. Ona görə də heç bir qiymət artımından söhbət gedə bilməz. Əksinə, siz özünüz də görürsünüz ki, gündən-günə qiymətlər aşağı enir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR