Zoran Vayoviç: “Serbiya enerji daşıyıcılarını Balkan yarımadasına çatdıracaq istənilən layihədə iştirakda maraqlıdır” - FOTO

Zoran Vayoviç: “Serbiya enerji daşıyıcılarını Balkan yarımadasına çatdıracaq istənilən layihədə iştirakda maraqlıdır” - <font color=red>FOTO</font>
# 13 fevral 2012 09:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç deyib. Onun sözlərinə görə, ötən ilin dekabrında Serbiyanın kənd təsərrüfatı naziri Azərbaycana səfəri zamanı fermaların yaradılması və inkişafına dair birgə layihələr həyata keçirilməsi məsələsini müzakirə edib.

Energetika sahəsində əməkdaşlıq perspektivlərini dəyərləndirən səfir qeyd edib ki, Serbiya AGRİ layihəsində iştirak etmək arzusunu bəyan edib: “Serbiya enerji daşıyıcılarını Balkan yarımadasına çatdıracaq istənilən layihədə iştirakda maraqlıdır. Hazırda Avropaya enerji daşıyıcılarının nəqlinə dair layihələr ətrafında çox diskussiyalar gedir. Qoy bazarda iri oyunçular müəyyənləşsin, sonra nisbətən kiçik iştirakçılar hansı layihədə maraqlı olduğunu özləri müəyyənləşdirəcəklər”.

Səfirin sözlərinə görə, hər iki ölkənin nümayəndələri bir neçə dəfə Azərbaycanda Avropa standartlarına uyğun akkumulyatorlar istehsal edən zavodunun tikintisi məsələsini müzakirə ediblər. Zoran Vayoviç mayda Serbiya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini və Baku Food sərgisinə qatılacağını bildirib. İki ölkə arasında ticarət dövriyyəsinin həcminin çox böyük olmadığını deyən səfir bildirib ki, əməkdaşlığı genişləndirmək üçün böyük potensial mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR