ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaza səfəri gözlənilir

ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaza səfəri gözlənilir
# 31 may 2012 22:48 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. ATƏT-in fəaliyyətdə olan sədri İmon Gilmor Cənubi Qafqaza səfər etməyi planlaşdırır. APA-nın məlumatına görə, bu barədə «Novosti – Armeniya» agentliyi Ermənistan XİN-nə istinadən xəbər yayıb. Məlumata əsasən, Ermənistan XİN başçısı Edvard Nalbandyan və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Patrik Merfi qarşıdakı səfərlə bağlı məsələləri müzakirə ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR