İsrailin baş naziri İranın “altılıq”la yenidən müzakirələrə başlamasına qarşı çıxıb

İsrailin baş naziri İranın “altılıq”la yenidən müzakirələrə başlamasına qarşı çıxıb
# 03 mart 2012 10:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İsrailin baş naziri Benyamin Netanyahu Kanadanın baş naziri Stiven Cozef Harperlə keçirdiyi birgə mətbuat konfransında İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la yenidən müzakirələrin başlanmasına qarşı olduğunu bəyan edib.

APA-nın məlumatına görə, baş nazir deyib ki, İran bu görüş vasitəsilə daha əvvəllər etdiyini edə bilər.

“Onlar yenə bu müzakirələrdən aldatmaq və zaman qazanmaq üçün istifadə edə bilərlər. Dolayısı ilə öz nüvə proqramlarını davam etdirib atom silahı istehsal etmək səviyyəsinə çatdıra bilər. Fikrimcə, beynəlxalq birlik bu tələyə düşməməlidir” - deyə B.Netanyahu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR