Azərbaycanda əcnəbi sərnişin gəmidə dünyasını dəyişib

Azərbaycanda əcnəbi sərnişin gəmidə dünyasını dəyişib
# 15 fevral 2012 07:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda əcnəbi sərnişin gəmidə dünyasını dəyişib. Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, Türkmənistan vətəndaşı, 1955-ci il təvəllüdlü Alla Yermalayeva dünən ölkəsinə gedərkən gəmidə dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR