Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb - <font color=red>FOTO</font>
# 18 aprel 2012 14:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərini qəbul edib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Paşazadə aprelin əvvəlində Səudiyyə Ərəbistanına etdiyi səfər zamanı keçirdiyi görüşlər, Azərbaycan Həcc missiyasını həyata keçirən idarə ilə Krallığın Həcc Nazirliyi arasında imzalanan protokol barədə səfirə məlumat verib.
Fəhd bin Əli əl-Düsəri QMİ sədrinin səfərini və keçirilən görüşləri yüksək dəyərləndirib. Səfir iki ölkə arasındakı əlaqələrin sağlam dayaqlar üzərində qurulduğunu qeyd edib, bu münasibətlərin gələcəkdə də davam etdirilməsi üçün səy göstərəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR