Bakının Suraxanı rayonunda əmək yarmarkası keçirilib

Bakının Suraxanı rayonunda əmək yarmarkası keçirilib
# 24 oktyabr 2012 13:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakıda Suraxanı rayon Məşğulluq Mərkəzi tərəfindən əmək yarmarkası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, əmək yarmarkasında rayon üzrə 14 müəssisə tərəfindən 178 boş (vakant) iş yeri, həmçinin kvota üzrə 3 vakant iş yeri təqdim edilib. Onlardan 28-i qulluqçu, 150-si fəhlə peşəsi olub. Tədbirdə 15 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 12 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Bu ilin 9 ayında Bakı şəhərinin 11 rayonu üzrə keçirilən ixtisaslaşdırılmış mini və səyyar əmək yarmarkalarında işsiz və işaxtaran vətəndaşlara ümumilikdə 415 müəssisə tərəfindən 5149 vakant iş yeri təqdim olunub. Həmin tədbirlərdə qeydiyyatdan keçmiş 4277 nəfər işsiz və işaxtaran vətəndaşlardan 2146 nəfərinə münasib iş yerlərinə göndəriş verilib, 227 nəfər peşə hazırlığı kurslarına, 1044 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR