Litva prezidentinə Yuliya Timoşenko ilə xəstəxanada görüşməyə icazə verilib

Litva prezidentinə Yuliya Timoşenko ilə xəstəxanada görüşməyə icazə verilib
# 10 may 2012 17:45 (UTC +04:00)
Bakı-APA. Ukrayna Ədliyyə sisteminin rəhbərliyi Litva prezidenti Dale Qribauskayteyə Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko ilə xəstəxanada görüşməyə icazə verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Litva prezidenti Timoşenko ilə mayın 11-də Xarkov Mərkəzi Dəmiryolu Xəstəxanasında görüşəcək. Y. Timoşenkoya onurğa sütununda fəqərə yırtığı diaqnozu ilə Almaniyadan gəlmiş həkim tərəfindən müalicə olunacaq.

Xatırladaq ki, Timoşenko Xarkov şəhər həbsxanasının mühafizəçiləri tərəfindən döyüldüyünü iddia edərək aprel ayından elan etdiyi aclığı dayandırıb. Almaniyanın “Şarite” xəstəxanasının həkimi Litse Xarms Ukrayna həkimləri ilə birgə Timoşemkonun aclıqdan çıxmasına yardım edəcək və sonradan onun müalicəsinə başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR