Dow Jones indeksi 0,6%, S&P 500 0,4% yüksəlib, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,4% yüksəlib, Nasdaq 0,3% enib
# 25 aprel 2012 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 13 002 bəndədək, S&P 500 0,4% - 1 372 bəndədək yüksəlib, Nasdaq 0,3% - 2 962 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına bir mənalı olmayan statistika təsir edib. Belə ki, mart ayında yeni evlərin satışı aylıq müqayisədə 7,1% azalıb, cari iqtisadi vəziyyətini istehlakçılar tərəfindən qiyməti kimi hesab olunan iqtisadi şəraiti indeksi isə əksinə artıb.

Avropa fond bazarlarında aprelin 24-də FTSE 100 indeksi 0,8% - 5 710 bəndədək, Almaniya DAX-ı 1,2% - 6 599 bəndədək, Fransa CAC-40-ı 2,3% - 3 169 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 643,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3197 (+0,3%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR