Fizuli rayon Polis Şöbəsinin müvəqqəti saxlanma məntəqəsində nöqsanlar aşkarlanıb

Fizuli rayon Polis Şöbəsinin müvəqqəti saxlanma məntəqəsində nöqsanlar aşkarlanıb
# 12 aprel 2012 10:32 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Fizuli rayon Polis Şöbəsinin müvəqqəti saxlanma məntəqəsində monitorinq keçirib. Bu barədə APA-ya hüquq müdafiəçinin özü məlumat verib. E. Behbudov monitorinq zamanı bəzi xırda nöqsanların aşkarlandığını bildirib: “Mən monitorinqin nəticələri barədə daxili işlər naziri Ramil Usubova məlumat verəcəyəm”.

E. Behbudov Fizuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə də görüşdüyünü deyib: “Alı Alıyevlə insan hüquq və azadlıqları barəsində , məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında söhbətimiz oldu”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR