Viktor Yanukoviç: «Yuliya Timoşenkonun cinayət işinə yenidən baxıla bilər»

Viktor Yanukoviç: «Yuliya Timoşenkonun cinayət işinə yenidən baxıla bilər»
# 25 fevral 2012 02:44 (UTC +04:00)
Bakı-APA. Hazırda həbsxanada olan Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko barədə cinayət işinə yenidən baxıla bilər. Bu barədə Ukrayna prezidenti Viktor Yanukoviç bəyan edib.

Onun sözlərinə görə, işə yeni cinayət-prosessual məcəlləsi ikinci oxunuşda qəbul edildikdən sonra baxıla bilər.

«Mən bütün Avropa standartlarına malik olacaq yeni cinayət-prosessual məcəlləsi çərçivəsində bütün bu işlərə (müxalifət nümayəndələrinə qarşı) yenidən baxılmasının tərəfdarıyam», deyə Yanukoviç bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR