«Azərqarant»ın yığımları son bir ildə kəskin artıb

«Azərqarant»ın yığımları son bir ildə kəskin artıb
# 25 sentyabr 2012 10:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkətinin 2012-si ilin yanvar-avqust aylarında topladığı sığorta haqlarının həcmi 1,297 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 73% çoxdur.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ən çox sığorta yığımı «Fərdi qəza və xəstəlik sığortası» (969,364 min manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (137,374 min manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (110,038 min manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (74,487 min manat), «Tibbi sığorta» (6,167 min manat) növləri üzrə toplanılıb. Bu sığorta növlərinin məcmu sığorta haqlarındakı payı müvafiq olaraq 75%, 11%, 8,48%, 5,78% və 0,5% təşkil edib.

Ödənişlərə gəldikdə isə qeyd olunan dövrdə şirkətin sığorta hadisələri üzrə ödənişləri 2,2 dəfə artaraq 286,809 min manata çatıb. Yanvar-avqust aylarında «Fərdi qəza və xəstəlik sığortası» növü üzrə 175,291 min manat, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» 56,650 min manat, «Avtonəqliyyat vasitələrinin sığortası» üzrə 42,595 min manat, «Əmlakın yanğından və digər risklərdən sığortası» üzrə 6,872 min manat, «Pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta» növü üzrə isə 5,025 min manat həcmində sığorta ödənişi həyata keçirilib. Bu növlərin məcmu sığorta ödənişlərində xüsusi çəkisi müvafiq olaraq 61%, 20%, 15%, 2,4% və 1,7% təşkil edib.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin sentyabrın 1-nə şirkətin nizamnamə kapitalı 5,610 mln. manat təşkil edib. Şirkət 23 könüllü sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR