Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 11 iyul 2012 08:17 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Gəndob-Yalama yolunun 19-cu kilometrliyində, Xaçmaz rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə iyulun 11-də gecə saatlarında qeydə alınıb. Xaçmaz rayonunun, Mollabürhan kənd sakini, 23 yaşlı Babək Vəlixanov idarə etdiyi “Chevrolet” markalı avtomobillə Xaçmaz rayonunun, Qaradağlı kənd sakini, 35 yaşlı Nəsimi Qəhrəmanovu vurub. Nəticədə Nəsimi Qəhrəmanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR