«Iran Air» Tehran-Bakı aviareyslərinin sayını artırır

«Iran Air» Tehran-Bakı aviareyslərinin sayını artırır
# 04 iyun 2012 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Iran Air» aviaşirkəti Tehran-Bakı-Tehran marşrutu üzrə yerinə yetirilən aviareyslərin sayını artırır.

Aviaşirkətin Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda «Iran Air» Bakıdan Tehrana uçuşları həftənin V günləri saat 17:15-də yerinə yetirir: «İyunun 5-dən etibarən isə uçuşlar, həmçinin həftənin II günləri saat 14:15-də də həyata keçiriləcək».

Aviaşirkətdən onu da bildiriblər ki, Bakı-Tehran-Bakı aviareysinə bir biletin minimal qiyməti 183 manat təşkil edir. Uçuşlar «Airbus-320» təyyarəsi ilə yerinə yetirilir.

Qeyd edək ki, sözügedən marşrut üzrə uçuşları həftənin VI günündən başqa hər gün «Azərbaycan Hava Yolları» QSC də (AZAL) həyata keçirir. AZAL Bakı-Tehran aviareysini «ATR-72» və «Airbus-319» hava gəmiləri ilə yerinə yetirir. Şirkət hər iki istiqamətdə biletin qiymətini təxminən 200 manata təklif edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR