Masallıda “Azersun Holding”in baş sponsorluğu ilə beynəlxalq festival keçirilir

Masallıda “Azersun Holding”in baş sponsorluğu ilə beynəlxalq festival keçirilir
# 07 sentyabr 2012 09:25 (UTC +04:00)
Bakı - APA. Azərbaycanın milli dəyərlərinə hər zaman böyük diqqətlə yanaşan “Azersun Holding” Masallıda keçirilən beynəlxalq festivalı dəstəkləyib.

Holdinqdən APA-ya verilən məlumata görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə Masallının 2012-ci ildə “Azərbaycanın folklor paytaxtı” elan edilməsi çərçivəsində rayonda beynəlxalq folklor festivalı keçirilir.

“Azersun Holding”in baş sponsorluğu ilə keçirilən bu sənət yarışmasında bir çox ölkələrin, o cümlədən Türkiyə, İran, Rusiya, Qazaxıstan və Latviyanın folklor kollektivləri iştirak edəcəklər.

3 gün davam edəcək festivalda suvenirlərin satış yarmarkasının, müxtəlif növ əyləncəli proqramlarının, el sənətkarlarının əl işlərindən ibarət sərgilərin də keçirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR