Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa Regional Konfransı keçiriləcək

Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa Regional Konfransı keçiriləcək
# 28 mart 2012 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 17-20-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 28-ci Avropa Regional Konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası keçiriləcək. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Artıq 2011-ci ildə Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında «Avropa Qeyri-Hökumət Təşkilatları/Vətəndaş Cəmiyyətləri məsləhətləşmə tədbirinin, Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasının və FAO-nun Avropa üzrə 28-ci Regional Konfransının keçirilməsi məqsədilə Azərbaycan hökumətinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Öhdəlikləri Memorandumu» imzalanıb və təsdiq edilib, müvafiq hazırlıq işlərinin görülməsinə başlanılıb.

Həmçinin, 2011-ci ildə kənd təsərrüfatı sahəsində müxtəlif regional və milli səviyyədə layihələrin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən qəbul edilməsi istiqamətində iş aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR